Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Tunisdə baş nazir vəzifəsini müvəqqəti icra edən Beji Kaid Essebsi ilə görüşüb.

“İhlas”xəbər agentliyinin verdiyi xəbərə görə, Essebsi güclü təhlükəsizlik tədbirləri altında iclasa gələn Ərdoğanı qapıda qarşılayıb. İki lider fotoçəkilişdən sonra ikitərəfli danışıqlara başlayıb. Sonra heyətlərarası görüşün keçirilməsi gözlənilir.
Misirə səfərindən sonra dünən gecə Tunisə gələn Ərdoğan hava limanında böyük coşqu ilə qarşılanıb.