Oxucu sual verir: Axşam namazlarını gecə saat 12-yə kimi qılmamış adam nə etməlidir?
Məğrib və işa namazları məğrib azanı verildiyi vaxtdan gecə yarısına kimi ardıcıl şəkildə qılına bilər. Bu zaman həmin namazlar əda niyyəti ilə qılınır. Gecə yarısı kimi Günəş batdıqdan sabah sübh azanına kimi olan müddətin tən yarısı götürülür. Əgər insan hər hansı səbəb üzündən bu müddət ərzində məğrib və işa namazlarını qılmamışsa, o halda sübh azanına kimi nə əda, nə də qəza niyyəti etmədən onları qılmalıdır. Yəni bu zaman “nə əda, nə də qəza niyyəti ilə deyil, öhdəmdə olan vəzifəni yerinə yetirmək niyyəti ilə məğrib (və ya işa) namazını qılıram” deyə niyyət etməlidir. Əgər sübh azanına kimi də bu namazları qılmasa, sübh azanından sonra onlar qəzaya keçir və qəza niyyəti ilə qılınmalıdır.