Sionist İsrail rejiminin qondarma baş naziri Binyamin Netanyahu və qondarma XİN rəhbəri Aviqdor Liberman, İsrail rejiminin Əmmanda yerləşən səfirliyinin təcili evakuasiya edilməsi barədə sərəncam verib, - “MigNyus” xəbər verir.
İsrail rejimi qorxur ki, İordaniyada da bir neçə gün öncə Qahirədə sionist səfirliyi önündə baş vermiş hadisələr təkrarlana bilər.
Qeyd edək ki, artıq İordaniya əhalisi bu gün üçün İsrail rejiminin Əmmandakı qondarma səfirinin qovulması tələbi ilə “Qəzəb nümayişi” təyin edib. Nümayişinin İsrail rejiminin səfirliyi önündə keçirilməsi nəzərdə tutulub. Bütün aparıcı müxalifət partiyalarının da nümayişə qoşulacağı bildirilir.