"Taliban" silahlılarının Əfqanıstanın Pol Elem rayonunun Padhab bölgəsində ABŞ-ın hərbi konvoyuna hücumu nəticəsində 5 əsgər ölüb.
Islam.az “Report”a istinadən xəbər verir ki, bunu Loger əyalət Polis idarəsinin sözçüsü Şahpu Arab bildirib.
Onun sözlərinə görə, bir neçə amerikalı əsgər yaralanıb, 2 zirehli hərbi texnika məhv edilib.