İordaniyanın paytaxtı Əmmanda ABŞ-ın bu ölkədəki səfirliyinin dərhal bağlanması tələbi ilə etiraz aksiyası keçirilib Ağ Evin fələstinliləri öz torpaqlarından çıxararaq İordaniya ərazisində yerləşdirmək planını hazırlaması barədə məlumatlar üzə çıxdıqdan sonra iordaniyalılar qəzəbləniblər, -Deyerler.org “RBK”- ə istinadən xəbər verir.
Artıq ABŞ-ın bu planına İordaniya rəhbəri də münasibət bildirib. Həftənin əvvəlində II Abdulla ABŞ-ı sərt tənqid edən bəyanatla çıxış edib. O, ABŞ-ı İsrail rejiminin işğalçı planına dəstək verməkdə ittiham etmişdi.
Qeyd edək ki, bu hadisəyə qədər İordaniya Yaxın Şərq ölkələri arasında ABŞ və İsrail rejiminə ən loyal mövqedə dayanan ölkələrdən biri idi.