İyulun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınan bir qrup dini icmaya şəhadətnamələr təqdim edilib. Bu məqsədlə təşkil edilən tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
26 dini quruma qeydiyyat şəhadətnamələri təqdim edilib.
Lənkəran rayonu Boladi kəndi Seyidoba məhəllə məscidi dini icmasının sədri Zamin Məmmədov dini icmalarla sıx əlaqələrin qurulmasının, onların qayğı ilə əhatə olunmasının diqqətəlayiq olduğunu bildirib.
Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 835 dini qurum dövlət qeydiyyatından keçib. Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam (Xristian – 20; Yəhudi – 8; Krişna – 1; Bəhai – 2) təmayüllüdür.