Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Misirdə keçiriləcək parlament və prezident seçkilərindən sonra iki ölkə arasında qarşılıqlı şəkildə viza rejiminin aradan qaldırılması üçün çalışmaların sürətləndiriləcəyini bildirib, - “dunyabulteni” xəbər verir.
Türk-Misir iş adamlarının toplantısında çıxış edən Ərdoğan, iki ölkə arasında yaxınlığın, sadəcə coğrafi yaxınlıq deyil, həm də mədəniyyət yaxınlığı olduğunu qeyd edib.
Türk iş adamlarının viza mövzusunda müraciətlərinə münasibət bildirən Ərdoğan bu ölkədə keçiriləcək seçkilərdən sonra vizaların aradan qaldırılması üçün çalışmaları sürətləndirəcəklərini bildirib. “Bu həm mənim təmənnamdır, həm də arzumdur”, - deyə Türkiyə baş naziri bildirib.