Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Misirə səfərindən sonra nümayəndə heyəti ilə Tunisə gedib.
SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, paytaxt Sanada sakinlər Ərdoğanı Türkiyə, Tunis və Fələstin bayraqları ilə qarşılayıblar. Yüzlərlə tunisli Ərdoğanı hava limanı qarşısında saatlarla gözləyiblər.
Ərdoğan və onu müşayiət edən xarici işlər naziri Əhməd Davudoğlu, enerji naziri Taner Yıldız və nəqliyyat naziri Binali İldırımı hava limanında Tunisin Baş naziri Əl Baci Əl Qaidə qarşılayıb.