POPULYARXƏBƏRLƏR

Seyid Camal Əzimbəyli: “Bundan sonra milli məfkurəyə sahib ilahiyyatçılar hazırlanacaq”

“Prezident İlham Əliyevin 9 fevral tarixli sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan İlahiyyat İnstitutu Azərbaycan dövlətinin, xüsusilə dövlət başçısının milli mənəvi dəyərlərə və İslam dininə təəssübkeşliyinin bir daha əyani sübutudur”.

Bu fikirləri açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib.

Onun sözlərinə görə, Azərbaycan dünyəvi dövlət olsa da, hər zaman ölkəmizdə milli mənəvi irsimizin himayəçisinin dövlətimizin olmasının şahidi olmuşuq: “Böyüyən dünyanın bir parçası olan Azərbaycanda istər dinlərarası, istər məzhəblərarası tolerantlığın, birlik və bərabərliyin qorunmasında göstərilən ən böyük xidmətlərdən biri bu məsələdə dövlətin hamilik etməsidir. Belə bir təhsil ocağının yaradılması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son illər apardığı uğurlu maarifləndirmə işinin davamı kimi də qiymətləndirilməlidir.

Bilirik ki, ölkəmizdə İslamı düşüncədə olan gənclərin Azərbaycanın bütövlüyü üçün xidmət etmələri hər zaman zəruri olub. Amma çox təəssüf ki, müstəqillik illərindən sonra digər zərərli təriqətlərin, sektaların öz emisarlarının Azərbaycanda yerləşdirilməsinin şahidi olmuşuq. Onlar dövlət tərəfindən zərərsizləşdirilsə də, ideolji baxımdan milli kadrların azlığı yenə də problemlərin olmasına yol açırdı. Bu baxımdan da İlahiyyat İnstitutunun yaradılması düşünürəm ki, Azərbaycanda milli məfkurəyə, şüura, dini kimliyi ilə bərabər milli kimliyini qoruyan və sevgili peyğəmbərimizin “Vətəni sevmək imandandır” mübarək kəlamına söykənən milli kadrların yetişməsinə gətirib çıxaracaq. Həmçinin  institutda təhsil alacaq əsl milli kadrların varlığı illərdir ölkənin dini mühitində kök salan çox saylı “dini dəlallardan” xilas olmağımıza səbəb olacaq.

Onu da qeyd edim ki, dövlət başçısı tərəfindən İlhaiyyat İnstitutuna rektor təyin edilən Ceyhun Məmmədovun həqiqətən Azərbaycan dövlətinin milli mənafeləri baxımından ən doğru seçimdir. Çünki onu tanıyanlar bilir ki, yeni rektor bu sahənin mütəxəssisidir və ilahiyyat sahəsində onlarla elmi araşdırmaların müəllifidir”.

C.Əzimbəyli əlavə edib ki, yeni təhsil ocağının rəhbərliyi ilk günlərdən Azərbaycanda bütün din mənsubları, o cümlədən, ölkəmizdə İslam dinin sayılıb-seçilən alimləri, mənəviyyat adamları ilə görüşlər keçirir: “Belə görüşlərin bir neçəsində iştirak etmişəm. Düşünürəm ki, bu uğurlu bir başlanğıcdır.

İstərdim ki, Azərbaycanın milli mənafeyi, ölkəmizin yad dini düşüncələrin təsirindən qorumaq üçün gələcəkdə bu təhsil ocağında alimlərlə yanaşı, həm də imam-camaatlar yetişsin. Çünki xarici ölkələrdə dini təhsil alan bəzi insanlar həmin dövlətlərin mənafelərini Azərbaycanın dövlət maraqlarından daha üstün tuturlar. Lakin sevindirici haldır ki, bundan sonra Azərbaycanın bu sahədə yaradılan təhsil ocağında milli iradəyə, məfkurəyə sahib kadrlar hazırlanacaq”.



Yerləşdirilib:28 İyun, 2018  15:41, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com