İran və Azərbaycan arasında dostluq münasibtlərini heç nə poza bilməz. Bunu İran prezidenti Mahmud Əhmədinejat deyib.
SalamNews MehrNews-a istinadən xəbər verir ki, bu gün Parsabad şəhərində keçirilən brifinqdə Əhmədinejat bildirib ki, “İran Azərbaycanla maksimal əməkdaşlığa maraq göstərir”.
O vurğulayıb ki, İran Azərbaycan ilə sərhəd ərazilərində, o cümlədən sərhədin buraxılış məntəqələrində fəaliyyətin genişləndirilməsinə maraq göstərir.