POPULYARXƏBƏRLƏR

Haci Şahin Həsənli: "İnsan şad olmaq üçün var olub"

İnsan şad olmaq üçün var olub. Feyz mənbəyi olan Allah insanı feyzə çatması, varlığından ləzzət alması üçün yaradıb. Şadlıq və ləzzət insanın ibtidai haqqıdır. Sadəcə bəşəriyyətin bu günkü durumunu müşahidə etdikdə bu qənaətə gəlirik ki, insanlar şadlığı imitasiya etməklə məşğuldurlar. İnsanlara elə gəlir ki, şadlıq və ləzzət içindədirlər, faciəlisi budur ki, yanıldıqlarının fərqində deyillər. Bu, şeytanın ən böyük hiyləsidir.

Qurani-kərim şeytanın dilindən nəql edir: "Ləuzəyyinənnə ləhum fil ərz" - "Onlar üçün bəzəyərəm". Yəni istəklərini səhv istiqamətə yönəldərəm. Allah və şeytan, hər ikisi eyni şeylərə dəvət edir, sadəcə fərqli ünvanlar göstərməklə. İlk dəfə insanı azdırıb qadağan olunmuş ağaca yönəltdikdə belə dedi: "Sizə əbədiyyət ağacını göstərimmi?" Biz adətən şeytanın insanı günaha dəvət etməsindən danışırıq, amma bunu hansı metodla etdiyinin fərqinə varmırıq. Quran bu hadisədə incə bir məqama toxunur. Şeytan insanı aşiqi olduğu əbədiyyətə çağırır. O həmin əbədiyyətdir ki, Allah da ona dəvət edir. Sadəcə İblisin işi səhv istiqamət göstərməkdir. Şeytanın istinad nöqtəsi fitri istəklərdir: ləzzət, rahatlıq, şadlıq, əbədiyyət və s. Bu istəklərə çatmaq insanın təbii arzusudur və buna görə o, nəinki qınanmır, əksinə Allah tərəfindən təşviq edilir. Sadəcə şeytan bu istəklərə yanlış istiqamət göstərir...

Qayıdaq şadlıq mövzusuna. Həzrət Əli (ə) mömini tərif edərkən onun halını belə vəsf edir: "Daimən nişatuhu", yəni "sevinci daimidir". İnanclı insan sevinci üçün tükənməz bir şadlıq mənbəyi olan Allahı seçib, bu səbəbdən sevinci daimidir. Müvəqqəti varlıqların bəxş etdiyi sevinc də müvəqqətidir və sevinc kəsildikdə yerini mütləq qəm tutur. Allah qəmi insana rəva bilmədiyi üçün, onu özünə bağlayır. Bağlayır ki, şadlığı tükənməsin. Dindar və qeyri-dindarların din barədə düçar olduğu ən böyük səhv, dini sevincin düşməni kimi dəyərləndirmələridir. "Dünyada dərd içində ol ki, axirətdə şad olasan" məntiqi kökündən yanlışdır. Dünyada şad olmayan axirətdə xöşbəxt ola bilməz.

Təəssüf ki, bəzi dindarların davranışında sevincə qarşı gizli bir qısqanclıq hiss olunur. Şad adam görən kimi onu ittiham edən, qəlbinin dərinliyində ona qarşı paxıllıq hissi keçirən dindarlarla tez-tez rastlaşırıq. Aqressivlik və təkfirçilik bu yanaşmanın nəticəsidir. Halbuki, biz şad insan gördükdə ilk olaraq məmnunluq hissi keçirməliyik. Narahatlığımız isə yalnız insanların günah vasitəsi ilə ləzzət aldıqlarına görə olmalıdır. Biz şadlığın özünə yox,onun qaynağına müxalif ola bilərik.

Deyilənə görə, bir gün bir arif tələbələri ilə dəniz kənarına istirahətə gedir. Kənarda bir qrup gəncin içki içərək şənləndiyini görən tələbələr arifə müraciət edərək deyirlər: ağa, onlara fəsad məclisi qurduqlarına görə bəd dua edin. Arif əlini qaldıraraq gözlənilməz bir dua edir: "İlahi, bu dünyada şad olduqları kimi, onları axirətdə də sevindir". Duanın mənası bu olur ki, onları hidayət etməklə axirətdə də şad et. Yəni din şadlığı lənətləmir, sevincin yeganə tərəfdarı elə məhz dindir. Sadəcə sevincin ünvanının doğru seçilməsi vacibdir.

Haşiyə olaraq bunu da qeyd edim ki, eyni yanaşma bəzi inanclı insanların qüdrətə münasibətində də özünü göstərir. Bəzi dindarlar qüdrətin özünə müxalifdirlər, hansısa qüdrət sahibinə yox. Bu günkü qüdrət sahiblərinə qarşı hansı məntiqlə çıxırsa, ilahi övliyaların, tutaq ki, həzrət Mehdinin(ə) hakimiyyətinə qarşı da eyni məntiqlə çıxacaq. Bu müxalifətçiliyin qaynağında gizli həsəd dayanır. Bu insanlar imamları da ancaq məzlum olduqları zaman sevirlər: yəni, səni tikə-tikə doğrasınlar sənə ağlayım, amma qüdrət taxtına çıxsan ilk olaraq özüm sənə qarşı silah qaldıracağam. Tarixin zübeyrləri həzrət Əliyə zülm olunanda yanında idilər, qüdrətə yiyələndiyi zaman isə amansız düşməninə çevrildilər. Bir əxlaq ustadının dediyi kimi, sol ideyalar bəzən insanların paxıllıq hissindən qaynaqlanır. Sosial ədalət şüarı bəzən sərvətlilərə qarşı qıcıqdan yaranır. Halbuki, müxaliflik ilk növbədə eşq və mərhəmətdən qaynaqlanmalıdır.

Bəli, insan şad olmaq üçün yaranıb. Bu sevincə qovuşmağın yeganə yolu eqodan azad olmaq, təkəbbür bütünü qırmaqdır. Belə olarsa, insan güləndə də, ağlayanda da sevinc içində olur. Amma "mən"dən qaynaqlanan gülüş də, göz yaşı da dərd və qüssədən başqa bir şey deyil.

Uzun müddətdir ki, məni düşündürən mövzunu sadə, hamının anlayacağı dildə çatdırmağa çalışdım. Uzun və yorucu oldusa,üzr istəyirəm.

Haci Şahin Həsənli



Yerləşdirilib:25 İyun, 2018  11:40, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com