Türkiyədə yerləşdirilməsi ilə bağlı uzun müzakirələrə səbəb olan raket əleyhinə müdafiə sistemi (RƏM) üçün Ankarada ABŞ səfiri ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Sənəddə bazanın qurulacağı yer də müəyyənləşdirilib.
Islam.az-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə ABŞ səfiri Frençis Rikardone ilə NATO radarının yerləşdirilməsi ilə bağlı inzalanan memoranduma əsasən radarlar Malatyanın Kürecik bölgəsində qurulacaq.