ABŞ-ın keçmiş prezidenti Cimmi Karter bildirib ki, Fələstinin müstəqil dövlət statusu almaq üçün BMT-yə müraciəti təşəbbüsünü dəstəkləyir, - “MigNyus” xəbər verir.
Karter bütün ölkələri Fələstinin müstəqil dövlət olması üçün səs verməyə çağırıb. Onun sözlərinə görə, bu yolla fələstinlilərin problemini tez bir zamanda həll etmək olar.
Bununla yanaşı, eks-prezident əlavə edib ki, əgər alternativ yol olsaydı, o fələstinlilərin bu müraciətinə qaşı olardı. “Lakin bir halda ki, belə bir yol yoxdur və danışıqlar getmir, BMT-də keçiriləcək səsvermə problemin ən əsas həlli yoludur”, - deyə Karter əlavə edib.