POPULYARXƏBƏRLƏR

"Azərbaycanda əsirlər boyu müxtəlif din və məzhəb ardıclıları çiyin-çiyinə yaşayıb" - Vüsal Hətəmov

"Sağlam mühit və sağlam gələcək” İB-nin icraçı direktoru Vüsal Hətəmov son günlər cəmiyyətdə millət vəkili Fazil Mustafa ilə dindarlar arasında meydana gələn gərginliklə bağlı 7news.az saytına münasibət bildirib.

"Son günlər Azərbaycan cəmiyyətində yeni gərginlik episentri yarandı. Millət vəkili Fazil Mustafa ilə Azərbaycanın ənənəvi dini cərəyanının nümayəndələri virtual aləmdə üz-üzə gəldilər. Etiraf edək ki, yaranmış gərginliyin baiskarı deputat oldu. Fazil Mustafa əvvəllər də Azərbaycanda çoxluq hesab olunan məzhəb ardıcıllarını, təhqirə yaxın ifadələrlə tənqid etməklə cəmiyyətdə xoşagəlməz olaylara və müəyyən gərginliyə səbəb olmuşdu. Bu dəfə də ənənəvi Məhərrəm məclislərini hədəfə alan deputat, etirazlar səslənən kimi bir anın içində minlərlə inanclını təhqir etməyə başladı.

Məsələ burasındadır ki, Azərbaycanda əsirlər boyu müxtəlif din və məzhəb ardıclıları çiyin-çiyinə yaşayıb. Aydın məsələdir ki, onların Yaradana və Ona tərəf aparan yollar və vasitələrə dair fərqli fikirləri var. Ancaq bu fərqlilik heç zaman qarşılıqlı təhqirə rəvac verməyib. Çünki xalq olaraq azərbaycanlılar bunun nə dövlətçiliyə, nə də millətə fayda verməyəcəyini anlayıblar həmişə. Sağlam polemika, hətta mübahisələr də zaman-zaman meydana gəlib. Ancaq təhqir həddinə ya gəlib çatmayıb, ya da belə təhqir azsaylı radikal təkfirçilər tərəfindən ara-sıra səslənib. Çox təəssüf ki, millət vəkili adını daşıyan Fazil Mustafa da məhz təhqir yolunu seçdi. Bunu bilərəkdən etdimi ki, dindarlarda qıcıq yaratsın, onları Müqəddəs Ramazan ayında hövsələdən çıxarsın, ya özünün dünyagörüşü və mənəvi xüsusuiyyətləri buna sövq etdi, - yaxşısını bir Allah, bir də özü bilir. Amma hər halda olan oldu. Və dəfələrlə sübuta yetmiş "təsir əks təsirə bərabərdir” tezisi növbəti dəfə təsdiqini tapdı. Əks düşərgədən də deputatın təhqirlərinə eyni cür cavab verənlər tapıldı: onun şəkilləri zibil qutularına yapışdırıldı, ünvanına isə bəziləri tərəfindən xoşagəlməz ifadələr və təhqirlər yağdırıldı. Amma bu, aysberqin görünən hissəsidir. Başqa mətləblər də var...

Fazil Mustafanın demarşı və əks düşərgənin hərəkətləri müəyyən mənada «dejavyu» effekti ilə müşahidə olundu. Həqiqətən də, oxşar hadisələr Azərbaycanda bir müddət öncə də yaşanmışdı. Amma dini yox, siyasi səhnədə. Eyni ilə ağır təhqirlər, küçə ifadələri, şəkillərin zibil qutularına yapışdırılması, məzarların təhqir olunmasına dair yayılan xəbərlər (düzdür, sonra da bunlar təkzib edildi) və s. Hər iki halda məqsəd Azərbaycanda sabitliyi pozmaq, destruktiv qüvvələrə münbit şərait yaratmaq idi. Oxşar ssenarilər isə belə bir fikir söyləməyə əsas verir: hər iki halda hadisələr eyni mərkəzdən idarə olunurdu. Sadəcə olaraq, vasitələr fərqli idi. Fazil Mustafa burada əsas sima deyildi, kimsə sadəcə ondan istifadə etdi və anlaşılan qədər, hələ bir müddət edəcək də. Şübhəsiz ki, məqsəd heç də millət vəkilinin dediyi kimi xalqı cəhalətdən xilas etmək deyil. 14 əsirlik ənənəni hansısa populist siyasətçinin çıxışı və təhqirləri ilə aradan aparacağına inanan insan ən azından axmaqdır. Məqsəd, artıq qeyd etdiyimiz kimi, gərginlik yaratmaq, cəmiyyəti məzhəb qarşıdurması zəminində bir birinə vurmaqdı.

Sual oluna bilər: sonra nə olacaq? Müxtəlif variantlar mümkündür. Amma böyük ehtimalla, artıq qeyd etdiyimiz mərkəz həm siyasi arenada, həm də cəmiyyətin ən həssas sahəsi olan dini mühitdə səylərini davam etdirəcək. Bu gün Fazil Mustafadan istifadə edənlər, sabah onu bir kənara atıb başqa vasitə tapacaqlar. Odur ki, bu mərkəz nə qədər tez ifşa olunub üzə çıxarılsa, bir o qədər yaxşıdır. Həm Azərbaycan dövlətçiliyi üçün, həm də hər bir sağlam düşüncəli azərbaycanlı üçün".



Yerləşdirilib:15 İyun, 2018  10:17, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com