Deyerler.org: Misirin aparıcı müxalifət qüvvəsi olan “Müsəlman qardaşları” təşkilatı Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğandan Misirin daxili işlərinə qarışmamağı tələb edib, - “İslamNyus” xəbər verir.
“Müsəlman qardaşları” təşkilatı Ərdoğanın “Misirə dünyəvi Konstitusiya lazımdır”, deməsinə sərt reaksiya verib. Təşkilatdan bildirilib ki, müəyyən bir ölkənin siyasi modelini digər bir dövlətə tətbiq etmək mümkün deyil və xalqa nə lazım olduğunu onun özü müəyyən edir.