ABŞ Dövlət Departamentinin dini azadlıqlar hesabatının Türkiyə hissəsində müsbət və mənfi faktlar qeyd edilib.
ABŞ Dövlət Departamentinin “Beynəlxalq Dini Azadlıqlar” hesabatında, "Türkiyədə Konstitusiyanın dini azadlıqları qoruduğu və dövlətin ümumiyyətlə, bu qurumaları tətbiq etdiyi, ancaq dünyəvi dövlətin bütövlüyü və varlığıyla əlaqəli bəzi konstitusiya maddələrinin hüquqları məhdudlaşdırdığı” ifadə edilib.
SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə nazirliyin 2010-ci ilin ikinci yarısını əhatə edən hesabatının Türkiyə hissəsində hicab qadağası ilə əlaqədar faktlar da yer alır.
"Müsəlmanların dövlət dairələri və dövlət məktəblərində hicab taxmaqlarına gətirilən geniş miqyaslı qadağanın davam etdiyi" göstərilən hesabatda, "amma bununla belə, bu qadağanın universitetlərdə zəiflədildiyi və bəzi iş yerlərində görməməzlikdən gəlindiyi" qeyd edilib.
Hesabatda "Ali Təhsil Şurası (YÖK), universitetlərdə tələbələrin hicab taxmasına gətirilən qadağanın artıq tətbiq edilməyəcəyini, ancaq bu qərarın orta təhsil məktəblərini əhatə etmədiyi" göstərilir.
Hesabatda deyilir: "Bəzi dövlət dairələri qeyri-rəsmi olaraq, işçilərin ictimai şəkildə hicab taxmasına icazə verir. Dövlət sektorunda tibb bacısı ya da müəllim işləyən və hicab taxanlar vaxtaşırı intizam cəzasına cəlb edilir ya da işdən çıxarılır”.
Hesabatda, "peşə liseyləri şagirdlərinin oxuduğu sahədən başqa bir universitet proqramına müraciət etmələri halında universitet giriş imtahanında giymətlərinin aşağı salındığı” ifadə edilir. Bunun İmam Hatip Liseyləri şagirdlərinin ilahiyyat xaricindəki universitet proqramlarına yazılmalarını çətinləşdirdiyi" qeyd edilib.
Hesabatda bəzi dini qurum üzvlərinin, inancları səbəbindən dövlət təşkilatlarında vəzifələrinin yüksəldilməsinə maneə törədildiyi də bildirilib.