Oxucu sual verir: Çiməndən sonra qüsl almaq olarmı, yoxsa dəstəmazda olduğu kimi qüsldən əvvəl də bəzi bədən üzvlərinin quru olması şərtdir?
Bildiyimiz kimi, dəstəmaz zamanı məsh çəkilən üzvlərin məshdən əvvəl quru olması əsas şərtlərdən biridir. Əgər məsh üzvlərinin (baş və ayaqların) üzərində nəmlik olarsa və məsh çəkən zaman bu nəmlik əldəki nəmlikdən əlavə olaraq hiss olunarsa, dəstəmaz batil sayılar. Lakin qüsldə belə bir qanun yoxdur. Qüsl almazdan əvvəl bədənin yaş ya quru olmasının heç bir fərqi yoxdur. Belə ki, su ilə yuyunduqdan dərhal sonra da qüsl almaq olar və bədəni qurutmağa ehtiyac yoxdur. Kifayətdir ki, qüsldən əvvəl bədən nəcasətdən təmiz olsun və su ilə bədən üzvləri arasında heç bir maneə qalmasın.