Oxucu sual verir: Səfərdə olan şəxs namazlarını qəzaya veribsə, vətənə qayıtdıqdan sonra həmin namazları bütöv şəkildə qəza edəcək yoxsa qəsrlə (şikəstə)?
Şəriətə görə, səfərdə dörd rükətlik namazlar qəsrlə (şikəstə) iki rükət şəklində qılınmalı, oruc tutulmamalıdır. Qəza namazlarının hökmü onların əda vəziyyətinə uyğun təyin edilir. Yəni insan səfərdə qılmalı olduğu dörd rükətlik namazı vaxtında qılmayıb qəzaya versə, vətənə qayıtdıqdan sonra da onu qəsrlə, yəni iki rükət şəklində qılmalıdır. Əksinə, əgər insan vətəndə qılmalı olduğu dörd rükətlik namazın qəzasını səfərdə ikən yerinə yetirmək istəsə, gərək həmin namazın qəzasını bütöv şəklidə, yəni dörd rükət qılsın.