Oxucu sual verir: Cənabətli şəxs sübh azanına kimi qüsl ala bilmir, niyyət edib oruc tutur. Onun orucu düzgündürmü?
Orucun hökmlərinə görə sübh azanına kimi qəsdən qüsl etmədən cənabətli halda qalmaq günahdır və orucu batil edər. Cünüb olan şəxs hər mümkün vasitə ilə qüsl almalıdır, əgər bu mümkün deyilsə, qüsl əvəzinə təyəmmüm etməlidir. Bu təyəmmüm onun oruc tutmasının icazəli olması üçündür. Əgər sübh azanının vaxtı bitənə kimi qüsl almaq mümkün deyilsə, həmin təyəmmümlə sübh namazını da qıla bilər. Növbəti namazlar üçün imkan düşən kimi qüsl alması lazımdır. Biliksizlik üzündən nə qüsl, nə də təyəmmüm etmədən sübh azanına kimi qalmış şəxsin həmin günkü orucu pozulmuş sayılır. Amma gərək gün ərzində özünü oruclu kimi aparsın və orucu pozan əmələ yol verməsin. Ramazandan sonra isə həmin günün orucunun qəzasını tutsun, orucu pozan əmələ yol vermədiyi halda kəffarə tələb edilmir.