Oxucu sual verir: Ramazan ayında səfərə çıxan şəxs səhər yuxudan durandan sonra yemək yeyibsə, düzgün edibmi?
Ramazan ayında şəriətdə nəzərdə tutulmuş müddət və məsafə həddində səfərə çıxan şəxs orucdan azaddır. Səfərdə olan insan oruc tutmamalı, vətənə qayıtdıqdan sonra həmin günün orucunu qəza etməlidir. İnsan zöhr vaxtından əvvəl səfərə çıxırsa, həmin günün orucunu pozmalıdır. Əgər zöhr vaxtından sonra səfərə çıxarsa, bu halda günün sonuna kimi orucunu tutmalıdır. Orucdan azad olan şəxs də dərhal orucunu poza bilməz. Yəni zöhrdən əvvəl səfərə çıxacaq insan səhərdən yeyib-içə bilməz. O, səhərdən bəri orucu pozan əməllərə yol verməməildir. Səfər niyyəti ilə yola çıxdıqdan sonra şəriətdə nəzərdə tutulmuş tərəxxüs həddi deyilən məsafəyə çatdıqdan sonra orucunu poza bilər. Tərəxxüs həddinə çatmadan orucu pozmaq günahdır. Amma tərəxxüs həddinə çatan kimi dərhal orucu pozmaq vacib deyil, məğrib azanına kimi istədiyi zaman orucu pozmaqda azaddır.