Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Misir səfəri başlayıb. Misirdə minlərlə insan Türkiyənin baş naziri Ərdoğanı qarşılamaq üçün Qahirə Beynəlxalq Hava limanına axışıb. Ərdoğanı dövlət rəsmilərindən isə baş nazir İsam Şərif qarşılayıb
Ərdoğan onu qarşılamağa gələn minlərlə insanı ərəb dilində salamladı. Hava limanına gələn minlərlə misirli "Misir və türk xalqı tək bir yumruqdur", "Misir-türk qardaşlığı əbədidir", "Baş nazir Ərdoğan Misirə xoş gəlmisən", "Misir-Türkiyə əl-ələ", "Ərdoğan, ikinci vətəni Misirin qəhrəmanı" və "Ərdoğan, xoşgəldin" şüarları səsləndiriblər.
Ərdoğan da öz növbəsində baş nazir İsam Şərifin əllərini qaldıraraq, "Türkiyə və Misir əl-ələ. Salam olsun Misir gəncliyinə, Misir xalqına. Allahın salamı üzərinizə olsun" sözlərini deyib.
Qeyd edək ki, Ərdoğanın Misirdən sonra sentyabrın 14-də Tunisə, 15-də isə Liviyaya səfəri planlaşdırılıb.