ABŞ prezidenti Barak Obama ilk dəfə Fələstinin müstəqil dövlət kimi tanınmasına qarşı olduğunu bəyan edib. Obama bildirib ki, Fələstinin müstəqil dövlət olmaq üçün gələn həftə BMT-yə ünvanlayacaq müraciəti “yayındıran faktor”dur və Fələstinin problemini həll etməyəcək. Buna görə də Obama, Fələstinin müstəqillik üçün müraciətlərinin olmasını istəmədiklərini bildirib, - “MigNyus” xəbər verir.
Obamanın sözlərinə görə, Fələstinin müstəqil dövlət kimi tanınması məsələsi İsrail rejimi ilə Fələstin arasında birbaşa danışıqlar əsasında həll olunmalıdır.
Qeyd edək ki, Barak Obama bundan qabaq Fələstin məsələsi ilə bağlı münasibət bildirərkən qeyd edirdi ki, onlar bu məsələni BMT üzvlərinin ixtiyarına buraxır. Lakin prezidentin sözçüləri dəfələrlə Fələstinin təşəbbüsünün qarşısında dayanacaqlarını bildirib.