Oxucu sual verir: Risalədə rast gəlinən “müməyyiz” sözü kimə aiddir?
“Müməyyiz” sözünün tərcüməsi “fərqləndirən, ayırd edən” deməkdir. Bu, uşağlıq dövrü ilə yetkinlik (həddi-büluğ) dövrü arasındakı müddəti yaşayan yeniyetmələrə aid olan bir termindir. Müməyyiz o yeniyetməyə deyilir ki, artıq yaxşı ilə pisi fərqləndirə bilir, utanmaq (həya) hissinə malikdir, amma şəriətdə nəzərdə tutulmuş yetkinlik yaşına hələ çatmayıb. Müməyyizin dəqiq yaş həddi müəyyən edilməyib. Bu, uşağın cinsindən, yaşadığı coğrafi şəraitdən, bioloji quruluşundan, ailə tərbiyəsindən və s. asılı olaraq dəyişir. Şəriətdə müməyyizlə bağlı bəzi hökmlər nəzərdə tutulub; bunlar əsasən, məhrəmlik mövzusuna aiddir. Bu mövzuda müməyyiz adətən, yetkinlik yaşına çatmış şəxsin hökmünü daşıyır.