İraqın qərbində 22 şiə ziyarətçinin meyiti tapılıb.
Assoşeytd Press-in verdiyi məlumata görə, onları güllələyiblər. Ziyarətçilər İraqın cənubunda yerləşən Kərbəla şəhərindən Suriyaya gedirmişlər. Ehtimala görə, naməlum şəxslər onları avtobusdan endirərək tək-tək güllələyiblər.
SalamNews lenta.ru-a istinadən xəbər verir ki, meyitlər mərkəzi yoldan bir neçə kilometr aralıda, Bağdadın İordaniya sərhədi arasında əsasən sünnülərin məskunlaşdığı yerdə, Anbar əyalətində aşkar olunub.