İngiltərənin Liviyadakı səfirliyindən tapılmış sənədlərdən müəyyən olub ki, Liviya inqilabı başlamazdan az əvvəl rəsmi London Muammər Qəzzafi rejiminə silah satırmış, - "Abna" xəbər verir.
Səfirlikdən tapılmış sənədlərdən məlum olur ki, hələ inqilab başlamazdan bir neçə ay öncə Britaniya hökuməti Qəzzafiyə silah satırmış.
"Sunday Telegraph" qəzetinin verdiyi məlumata görə, Mühafizəkarlar partiyasının tənqidinə baxmayaraq, Kemeron hökuməti Liviyaya silah satmaqda davam edib. Aşkarlanan sənədlərə görə, İngiltərə Qəzzafi hakimiyyətini snayper və avtomatik silah növləri ilə təchiz edib. Və bu silahlardan Liviya inqilabının yatırılmasında istifadə olunub. "Sunday Telegraph" qəzeti bildirir ki, aşkarlanan sənədlərdən biri İngiltərənin Liviyadakı səfiri Riçard Norsernin silah satışı ilə bağlı Liviya ordusundakı məsullara yazdığı məktubdur.
/Deyerler.org/