Liviya Milli Keçid Şurasına aid silahlı qüvvələr, Liviya diktatoru Muammar Qəzzafinin sığınması ehtimal edilən Bəni-Valid şəhərini ələ keçirib. Nümayişçilər şəhərdə əməliyyatlara başladıqdan sonra NATO aviasiyası da şəhəri bombalamağa başlayıb, - “1nyus” xəbər verir.
NATO-ya məxsus təyyarələr Qəzzafiyə sadiq qalan qüvvələrin mərkəzlərinə zərbələr endirib. Şəhərin yalnız bir neçə rayonu Qəzzafinin qüvvələri tərəfindən döyüşlər aparır.