Kanada Ali İslam Şurası və İslam Konqresi, baş nazir Stiven Harperi İslam əleyhinə söylədiklərinə görə sərt tənqid edib, - “İqna” xəbər verir.
İslam dinini Kanada üçün təhlükə adlandıran baş nazirin çıxışı böyük tənqidlərlə və etirazlarla qarşılanıb. İslam təşkilatları bunun müqabilində Stiven Harperin üzr istəməsini tələb edib.
Kanada Ali İslam Şurası İslam dinini ekstremizmlə bir araya qoyan baş nazirin belə bir çıxışının yolverilməz olduğunu bildirib. Digər təşkilat isə bunu milyarddan çox müsəlmanın təhqir edilməsi kimi dəyərləndirib.