Oxucu sual verir: Namazın sonunda sağ və sol tərəflərə dönüb salam vermək düzgündürmü?
Bu barədə İslam məzhəblərinin şəriət hökmlərində fərqlilik vardır. Belə ki, əhli-sünnə məzhəbinə görə salamlar sağa və sola verilir. Bu, hər insanın iki tərəfində duran və onun yaxşı-pis əməllərini qeydə alan katib mələklərə ehtiram əlaməti sayılır. Cəfəri məzhəbinə görə, namazı bitirib, son salamı verənə kimi qiblədən dönmək olmaz. Əgər namaz qılan şəxs namazı başa vurmadan qiblədən dönsə, namazı batildir. Cəfəri məzhəbinə görə, namazın vacib olan salamı (və ya salamları) yalnız qibləyə sarı deyilməlidir. Yalnız bundan sonra qiblədən dönmək və sağa-sola salam vermək olar.