Bu gün bir qrup gənc İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərib.
SalamNews-un məlumatına görə, gənclərin aksiya keçirməkdə məqsədləri Urmiya gölünün qurudulmasına və bəzi İran kütləvi informasiya vasitələrinin Azərbaycan xalqına qarşı təhqiredici fikirlər yaymasına etiraz əlaməti olub. 30-a yaxın gəncdən ibarət qrup metronun "İçərişəhər" stansiyasının qarşısında toplaşıb. Lakin polis onların buradan səfirliyə tərəf hərəkət etməsinə imkan verməyib və onları "Filormaniya" bağına tərəf sıxışdırıb.
Bildirək ki, aksiya başlamamış səfirlik ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib və əraziyə çox sayda polis əməkdaşları cəlb edilib.