Bu barədə məlumatı "Əl Sahab" təşkilatı yayıb
"Bir nömrəli terrorçu" hesab edilən Üsama Bin Laden Avropa sakinlərinə müraciət hazırlayıb. Bu barədə məlumatı "Əl Qaidə" qruplaşmasının bir qolu olan "Əl Sahab" təşkilatı yayıb. "Əl Sahab" tərəfindən islam internet saytlarından birində yer alan xəbərdə bin Ladenin müraciətinin efirdə nə vaxt çıxacağı, onun videolent və ya audioyazı olacağı barədə heç bir məlumat verilmir. Lakin ehtimallara görə, Bin Laden Avropa ərazisindəki "cihad döyüşçülərinə" müraciət edəcək.
Qeyd edək ki, bu 2007-ci il avqustun sonundan Üsama Bin Ladenin altıncı müraciətidir. "Əl Qaida" rəhbərinin "İraq xalqına məktub" adlanan son audio müraciəti oktyabrın 22-də çıxmışdı