Oxucu sual verir: Hamilə olan zaman qabaqcadan uşaq üçün paltar almağın düşər-düşməzi olar fikri doğrudurmu?
Bu, mövhumatdan doğan xalq inancıdır. Ümumiyyətlə, dinimizdə hər hansı əməlin düşər-düşməzi olar deyə bir inanc yoxdur. Bu düşüncə iki səbəbdən qaynaqlanır. Birincisi, insanlar gələcəkdən xəbər vermə iddiasına düşür, hansı əməlin onlara xeyir, hansının ziyan gətirəcəyinə inanırlar. Halbuki, kahinlik etmək dinimizdə bəyənilmir. İnsan nəyin uğur gətirəcəyinə yox, nəyin Allaha xoş gedəcəyinə diqqət yetirməlidir. İkinci məsələ vasvasılıqla bağlıdır. Dinimiz narahatçılıq və qorxu içində yaşamağı da bəyənmir. Halbuki, bəzən hər addımda əbəs yerə özümüzü nahaq düçüncələrlə yorur və əlamət axtarırıq. Deyilənlərə nəticə vuraraq söyləyə bilərik ki, hamiləlik zamanı uşaq üçün qabaqcadan paltar almağın heç bir qadağanı və ziyanı yoxdur.