Masallı rayonunun Aşurlu kənd məscidindəki seyfdən xeyli miqdarda pul oğurlanıb.
İslam.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də Aşurlu kənd məscidindəki seyfdən 2300 manat, 1300 ABŞ dolları və 16400 rubl (440 manat) oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Əli Zeynalov və Nizami Mahmudov saxlanılıblar.