Fransanın xarici işlər naziri Alen Jüpe, Rusiyadan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Suriya ilə əlaqədar qətnaməsinə dərhal dəstək verməyi tələb edib.
SalamNews-un Assoşeyted Press-ə istinadən verdiyi xəbərə görə, mətbuata müraciətində A.Jüpe sözügedən mövzuda Rusiya ilə Fransa arasında fikir ayrılığı olduğunu bəyan edib.
Xatırladaq ki, hazırda BMT TŞ-də Suriyada davam edən qarşıdurmalarla əlaqədar qətnamənin qəbul edilməsinə dair müzakirələr davam edir. Bu qətnaməyə uyğun olaraq, Suriyanı neft və hərbi embarqo gözləyir.