Suriydakı qarşıdurmalarda sutka ərzində müxtəlif şəhərlərdə 24 nəfər həlak olub. Bu haqda Qətərin “Əl-Cəzirə” telekanalı xəbər verib.
Suriyanın hüquq müdafiəçilərinin bildirdiklərinə görə, hazırda nümayişçilərlə hökumət qüvvələri arasında şiddətli toqquşmalar Xoms, Dəməşq, Derva və İdlib şəhərlərində baş verir.
SalamNews-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 12 nəfər Xoms şəhərinin bir məhəlləsinin atəşə tutulması nəticəsində qətlə yetirilib.
Ölkə prezidenti Bəşər Əsədin istefa tələbi ilə nümayişlər həmçinin Əl-Qusva və Xarasta şəhərində başlayıb.
Hüquq müdafiəçilərin bildirdiklərinə görə, Suriyada hökumətə qarşı aksiyalar başlayandan bu günə qədər 3-3,4 min dinc sakin öldürülüb.