Nəticədə 90 nəfər həlak olub, 100-dən çox insan yaralanıb
Pakistanda sünni və şiə təriqətinin üzvləri arasında qanlı toqquşma olub. Nəticədə 90 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Məlumatı Pakistan polisi təsdiqləyib. Qeyd edək ki, tərəflər arasında zorakılıq noyabrın 16-dan müşahidə edilsə də, son üç gündə daha da şiddətlənib.
Yerli polisin məlumatına görə, toqquşmalar Əfqanıstan sərhəddinə yaxın Paraçinar şəhərində silahlı şəxsin sünni məscidinə atəş açması nəticəsində baş verib. Silahlı qarşıdurmanın davam etdiyi bildirilir. Təriqətlər arasında yaranmış vəziyyəti aradan qaldırmaq məqsədi ilə dini liderlər məsələyə müdaxilə ediblər. Hökumət isə insidentlə əlaqədar Paraçinar şəhərində komendat saatı tətbiq edib.