Oxucu sual verir: “Mizan əl-hikmə” nə kitabıdır və hansı mövzudadır?
“Mizan əl-hikmə” (tərcüməsi “Hikmət tərəzisi”) irihəcmli hədis məcmuələrindən biridir. Son dövrün məhsulu olan bu kitab Ayətullah Reyşəhri tərəfinfən tərtib edilmişdir. “Mizan əl-hikmə” kitabı müxtəlif əqidəvi, əxlaqi və fiqhi mövzularda şiə və sünni mənbələrindən seçilmiş hədisləri əhatə edən bir kitabdır. Mövzular əlifba sırası ilə düzülmüş, fəsillərə ayrılmışdır. Hər mövzu barədə Quran ayələri də təqdim edilmişdir. “Mizan əl-hikmə”dəki hədislər sənədsiz verilmişdir. Burada əsas məqsəd müəyyən mövzu barədə mövcud olan hədisləri bir araya gətirməkdir, hədis barədə araşdırmalar isə ilkin mənbələr üzrə aparılmalıdır.
“Mizan əl-hikmə” kitabı 5 və 10 cild şəklində çap edilmiş, müxtəsər variantı da nəşr olunmuşdur. Kitab müxtəlif dillərə, o cümlədən, azərbaycan dilinə tərcümə edilmişdir.