Türkiyənin xarici işlər nazirliyi NATO-nun bu ölkədə quraşdırmağı planlaşdırdığı raketdən müdafiə sistemlərinə dair yeni açıqlama verib.(
Nazirliyin sözçüsü Selçuk Ünal raketdən müdafiə sistemləri barədə İranın narahatlıqlarına münasibət bildirib. "Bu sistem hərhansı bir ölkəyə qarşı deyil. NATO ölkələrinin müdafiəsinə istiqamətli bir sistemdir. Türkiyəyə quraşdırılacaq sistem sadəcə bir radar sistemi olacaq", - deyə sözçü bildirib.