Beynəlxalq Əhli-beyt (ə) Cəmiyyətinin sayca beşinci toplantısı keçiriləcək. "İRNA"nın verdiyi xəbərə görə, toplantıda 120 ölkədən nümayəndə heyəti iştirak edəcək.
Deyerler.org un məlumatına görə Mətbuata verdiyi açıqlamasında təşkilatın rəhbəri Ayətullah Məhəmməd Həsən Əxtəri deyib ki, toplantıya Afrika, Amerika, Asiya qitələrindən qonaqlar qatılacaq. Toplantıda iştirak edəcək qonaqlardan 600-ü xarici ölkələrdən gələcək. Ümumilikdə toplantıda 1000 nəfərdən artıq təşkilatın üzvünün iştirakı gözlənilir.