Azərbaycan Milli Məclisində baş nazir postuna namizədlik məsələsinə baxılıb.
İslam.az-ın məlumatına görə, bu vəzifəyə Azərbaycan prezidenti tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyi irəli sürülüb.
Prezidentin təklifi səsə qoyularaq qəbul olunub.
Novruz Məmmədov Milli Məclis tərəfindən Azərbaycanın baş naziri vəzifəsinə təsdiq edilib.