İsrailin xarici işlər naziri Aviqdor Libermanın Türkiyə əleyhinə bir sıra tədbirlər hazırlığı barədə xəbərlərdən sonra ölkənin Baş nazirliyindən fərqli açıqlama gəlib.
SalamNews-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, açıqlamada deyilir: ''Bizim siyasətimiz əvvəllər olduğu kimi, indi də Türkiyə ilə əlaqələrin korlanmasının qarşısını almaq və iki ölkə arasındakı təzyiqi bir qədər azaltmaqdır. 'Baş nazir və hökumət üzvlərinin gərginliyin artması halında nə ediləcəyi ilə bağlı müxtəlif variantlar müzakirə edilib. Ancaq bununla əlaqədar qərar ancaq və ancaq lazım olarsa veriləcək. İsrail məsuliyyətlə hərəkət edir və buna davam edəcək. Türkiyənin də eyni şəkildə davranacağına ümid edirik”.