POPULYARXƏBƏRLƏR

Pakistan Azərbaycanla münasibətlərin dərinləşməsinin tərəfdarıdır - səfir (MÜSAHİBƏ)

Azərbaycan və Pakistan arasında çox yaxşı və davamlı dosluq münasibətləri var. Bu münasibətlər çox qədim tarixə malikdir.

İki qardaş ölkə arasında artan hərtərəfli əməkdaşlıq və anlaşma bizim bir-birimizə olan səmimi münasibətin təzahürüdür. Biz bu əlaqələrin daha da genişləndirilməsi üçün əlimizdən gələni edirik. Bu sözləri SalamNews-a müsahibəsində Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İnayat Ullah Kakar bildirib.

- İki ölkə arasında iqtisadi münasibətlərin vəziyyəti necədir?


- Azərbaycan ilə Pakistan arasında çox yüksək siyasi münasibətlərin olmasına baxmayaraq, iqtisadi münasibətlər bir o qədər yüksək inkişaf etməyib. Biz çalışırıq ki, iki ölkə arasında iqtisadi münasibətləri inkişaf etdirək və siyasi münasibətlər səviyyəsinə çatdıraq. Cari ilin ötən dövründə Pakistan ilə Azərbaycan arasında ticarət dövrüyyəsi 10 milyon ABŞ dollarına çatıb. Əlbəttə, bu, çox azdır.

Gələn ilin martında Bakıda iki ölkənin hökumətlərarası birgə komissiyasının iclası keçiriləcək. Bu, Azərbaycanla Pakistan arasında bütün sahələrdə inkişafın daha da artırılması üçün yaxşı mənada şərait yaradacaq. Komissiyanın iclasında Pakistanın yüksək vəzifəli şəxisləri Azərbaycana gələcəklər.

- Pakistan hansı sahələrdə Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir?


- Pakistanda yüngül sənaye, maşınqayırma, kənd təsərüfatı avadanlığı və məhsulları daha çox inkişaf edib. Əlimizdən gələni edəcəyik ki, iki ölkə arasında bu sahələri daha da inkişaf etdirək. Tibb və mühəndislik sahəsində də əməkdaşlığı planlaşdırırıq.

- Ölkəniz Azərbaycana sərmayə qoymağa maraqlıdırmı?


- Azərbaycanın çox güclü iqtisadiyyatı var və bu, daha da inkişaf edir. Xüsusilə də neft və qaz sahələrinə daha çox sərmayə qoymağı düşünürük. Ümumilikdə neft və bank sektoruna investisiya qoymağı planlaşdırılır. Azərbaycanda Pakistan Müsəlman Kommersiya Bankı fəaliyyət göstərir. Bu bank Azərbaycana böyük həcmdə investisiya qoyur.

- Pakistan-Azərbaycan biznes əlaqələrinin genişləndirilməsinə maneə olan nədir?


- Pakistanın və Azərbaycanın biznes adamları arasında əlaqələrin qurulmasında əlbəttə, çətinliklər var. Deyə bilərəm ki, Pakistan ilə Azərbaycan arasında birbaşa təyyarə reysləri yoxdur. Həmçinin dil problemi var. Coğrafi mövqedən də götürsək iki ölkə çox böyük məsafədə yerləşir. Əlmizidən gələni edirik ki, iki ölkə arasında iqtisadi münasibətləri inkişaf etdirək.

- Azərbaycanda nə qədər Pakistanlı yaşayır və bu il səfirliyə viza almaq üçün müraciət olunubmu?

- Pakistanın 400-ə yaxın vətandaşı Azərbaycanda yaşayır. Bu böyük rəqəm deyil. Onların çoxu Azərbaycanda kiçik bizneslə məşğuldurlar. Elə pakistanlı var ki, 15 ildən artıqdır Azərbaycanda yaşayır.

Bu ilin ötən dövründə 500-600 insan Pakistanın Azərbaycandakı səfirliyindən viza alıb. Ötən il bu rəqəm 400 idi. Göründüyü kimi, bu rəqəm hər il artır.

- Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq hansı səviyyədədir?

- Azərbaycanlı zabitlər Pakistana gedərək Silahlı Qüvvələrdə təlimlər keçirlər. Azərbacan hökmətinə hər il 6 zabiti Pakistana göndərməsi və orada treninqlərdə və təlimlərdə iştirak etməsi üçün imkan yaradırıq. Biz həmçinin Pakistandakı Diplomatik Akademiyaya azərbaycanlı diplomatların təhsil almalarına şərait yaradırıq. Bu il diplomat yox, hərbi sahədə çalışan zabitlər göndəriləcək. Artıq kurslar başladığı üçün bu il oraya təhsil almaq üçün diplomatları göndərə bilmədik. Amma gələn il 2-3 azərbaycanlı diplomat təhsil almaq üçün Pakistana göndəriləcək.



Yerləşdirilib:10 Sentyabr, 2011  13:39, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com