Türkiyəni və İsrail arasında münasibətlərin gərginləşdiyinə görə, Amerika Administrasiyası iki ölkəni təxribatdan çəkinməyə çağırıb.
Cümə günü ABŞ Dövlət Departamentin nümayəndəsi Viktoriya Nuland bəyan edib ki, biz hər iki tərəfə təxribat əməllərdən çəkinmək, mübahisələrdən uzaq durmaq, konstruktiv və məhsuldar dialoq qurmaq üçün müraciət edirik".
Salamnews "İnterfaks"a istinadən xəbər verir ki, Türkiyə və İsrail arasında münasibətlər son zamanlar gərginləşib. Buna səsəb isə 2010-cu il mayın 31-də Qəzza sektorunda "Flotiliya donanması"na hücum nəticəsində türk vətəndaşlarının öldürülməsinə görə İsrailin rəsmi üzr istəməməsi səbəb olub. Ankara İsrail ilə diplomatik əlaqələri ən aşağı səviyyəyə endirildiyini bəyan edib.