ABŞ prezidenti Barak Obama İsrailin işğalı altındakı İordan çayının qərb sahillərindəki məscidlərə edilən hücumları pisləyib.
Ölkənin
Xarici İşlər Nazirliyindən verilən açıqlamada, cümə günü İordan çayının qərb sahillərində yerləşən məscidə təşkil edilən hücum ''təhlükəli və təhrikedici'' olaraq xarakterizə edilib, cinayətkarların tutulması və mühakimə edilməsinin vacibliyini bildirib.
Salamnews-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, açıqlamada bu cür hadisələrin, qarşıdurmaların sona çatdırılması səylərinə zərər verəcəyi vurğulanıb.
Xatırladaq ki, təcavüzkarlar bazar gecəsi Əl-Nureyn Məscidinə atəş açaraq divarlarına ivrit dilində yazılar yazmışdı. Hadisədən sonra İsrail ordusu istintaqa başlayıb. Hadisə ilə bağlı HƏMAS İsraillə sülh danışıqlarının aparılmasından imtina edilməsinə çağırıb.