Qahirədə nümayişçilərin İsrail səfirliyinə zorla daxil olmasından sonra Misirin Daxili İşlər Nazirliyi ölkədə fövqəladə vəziyyət elan edib.
APA-nın verdiyi xəbərə görə, Misirin baş naziri İsam Şərəf paytaxtdakı vəziyyətlə bağlı xüsusi iclas keçirmək niyyətindədir.
Misir Daxili İşlər Nazirliyi Qahirədə bütün kütləvi tədbirləri qadağan edib.
Bununla yanaşı İsrail səfirliyinin qabağında baş vermiş iğtişaşlarda yalananların sayı 219 çatıb. Misir televiziyası bildirib ki, bir nəfər infarktdan vəfat edib.
Polis İsrail səfirliyinin mühafizəsini gücləndirib.