Sentyabrın 24-də müsəlman dünyasında 11 ayın sultanı sayılan Ramazan ayı başlayır. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Məlumata görə, Ramazanın başlanması ilə bağlı QMİ tərəfindən fətva veriləcək. Fətva ilə bərabər QMİ iftar və imsaq vaxtlarını müəyyən edən cədvəli də təqdim edəcək. Qeyd edək ki, orucluq oktyabrın 23-də başa çatır.