Qahirədə Daxili İşlər Nazirliyinin binalarından birində yanğın baş verib.
Misirin Nil telekanalının verdiyi xəbərə görə, hadisə yerinə yanğın söndürən briqadaları gəlib.
Bir qədər əvvəl Daxili İşlər Nazirliyinin binasının qarşısında etiraz aksiyası keçirilib. Nümayişçilər binanın qapısından nazirliyin lövhəsini çıxarıblar və binanın divarlarında Misir polisinə qarşı şüarlar yazıblar.
Polis əməkdaşları toqquşmaların baş verməsindən ehtiyat edərək nümayişçilərə müqavimət göstərməyiblər