Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail rejiminə son sözünü söyləyib. Türkiyə KİV-lərinin verdiyi xəbərə görə, Ərdoğan, "Üzr istənilmədikcə, təzminat ödənilmədikcə, Qəzzaya tətbiq olunan embarqo qaldırılmanadək Türkiyə-İsrail əlaqələrinin düzəlməsi, normallaşması gözlənilməməlidir" -deyib.
ölkəsinin hərbi gəmiləri Qəzzaya yardım aparacaq Türk gəmilərini mühafizə edəcək.
Ərdoğan Türkiyənin Aralıq dənizində səfər edən gəmilərini qorumağa borclu olduğunu deyib. "Bu anda Türk hərbi gəmiləri şübhəsiz ki, birinci dərəcədə öz gəmilərini qorumaqla mükəlləfdir. Birinci dərəcəli addım budur. Bizim Qəzzaya humanitar yardımlarımız davam edəcək. Bu humanitar yardım gəmiləri "Mavi Mərmərə" gəmisi kimi hücuma məruz qalmayacaq"