Misir hökuməti İsrail rejiminə məxsus gəmini həbs edib. Gəmidə dörd ekipaj üzvü və dörd israilli mühafizəçi də saxlanılıb. Hadisə Tiran körfəzində baş verib, - “MigNyus” xəbər verir.
Sorğu-sual edildikdən və İsrail rejiminin qondarma Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra saxlanılan şəxslər buraxılıb və Eylat limanına yola salınıblar.
Misirin sahil mühafizəsinə məxsus hərbi gəmilər İsrail rejiminin gəmisinə yaxınlaşaraq, onun dayanmasını əmr ediblər. Əmrə tabe olmayan gəmi hərbçilər tərəfindən saxlanılıb. Gəminin Misirin su məkanına daxil olduğuna görə saxlanıldığı bildirilir.