Oxucu sual verir: Heyz halında ölən qadına və yaxud cənabət halında ölən kişiyə meyyit qüslü necə verilməlidir?
Meyyit qüslü bütün cənazələr üçün eyni hökmdədir. Ölən şəxsin heyzli və ya cənabətli olması fərq etməz, ona adi qayda ilə qüsl verirlər. Təkcə meyyit qüslü bu hallar üçün kifayət edər, ayrıca cənabət və ya heyz qüslü verilməsi lazım deyil. Diqqət yetirmək lazımdır ki, meyyit qüslü verilərkən cənazənin bədəni nəcasətli olmasın. Əgər meyyit qüslündən əvvəl cənazənin bədənində nəcasət varsa, qan və ya məniyə bulaşıbsa, bulaşmış yerlər yuyulub pak edilir, bundan sonra cənazəyə qüsl verilir.