Türkiyə prezidenti Abdulla Gül İsrail rejimilə yaşanan gərginliklə bağlı sualları cavablandırıb.
CNN TURK un xeberine gore Abdulla Gül Türkiyənin İsrail rejiminə etdiyi yaxşılıqlara toxunaraq bu ölkəni "nankor" adlandırıb: "Sanki bunları etmək məcburiyyətindəymişik kimi bir nankorluq içərisindədirlər. Etdiyimiz yaxşılıqların bir qarşılığı olmur. İsrail müttəfiqlərinə belə yük olan bir ölkədir. Ona görə də bir az da onlar düşünsün". Türkiyə KİV-lərinin verdiyi xəbərə görə, Gül İsraili rejiminin ABŞ-dan cəsarət aldığına işarə edərək deyib: "Netanyahunun ABŞ Konqresindəki çıxışı zamanı mənzərəyə baxın. Öz parlamentində o reaksiyanı alması mümkün deyil".